10-dan 1-i olan Ayla müəllim...

10-dan-1-i-olan-ayla-muellim
Oxunma sayı: 701

Kahramanmaraşda baş verən və bütün ölkəni sarsıdan məktəb hücumu zamanı şagirdləri qoruyarkən həyatını itirən müəllim Ayla Kara barəsində yeni detallar üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.

Hadisədə həlak olan 55 yaşlı Ayla Kara təcrübəli riyaziyyat müəllimi imiş.

Həyat yoldaşı Ramazan Kara dəfn günü xanımı haqda bunları deyib:

“Onunla qürur duyuram. Buranı çox sevirdi. Həmişə istəyirdi ki, burada evimiz olsun, amma meyiti gəldi”.

Məlumata görə, müəllimə hücum zamanı özünü şagirdlərinə sipər edib.

Hadisə nəticəsində ağır yaralanan Ayla Kara həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Onun faciə günü göstərdiyi fədakarlıq cəmiyyətdə böyük rezonans doğurub və bir çoxları tərəfindən əsl müəllimlik nümunəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, məktəbdə baş verən silahlı hücum nəticəsində 1-i müəllim, 9-u şagird olmaqla 10 nəfər həyatını itirib.

Ayla müəllimin canı bahasına şagirdlərini qoruması da, bəlkə, 10-da 1 adamın edəcəyi hərəkətdir.

Fatimə Şahverdiyeva