Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video

kahi-yukunde-79-kq-narkotik-kecirmek-istediler
Oxunma sayı: 698

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya kahı yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən kahı formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Xəbəri rus dilində oxuyun: Наркотики в салате: изъята крупная партия марихуаны - ФОТО/ВИДЕО

Faktla bağlı araşdırma aparılır.