Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Qəza zamanı ölən və xəsarət alanlar var. Yaralılar yaxımlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
***
Hadisə nəticəsində bir nəfər ölüb. Türkmənistan vətəndaşları 1958-ci il təvəllüdlü Elbrus Tağıyev və 1957-ci il təvəllüdlü Nailya Tağıyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər