Kanatda nasazlıq oldu, saatlarla havada qaldılar - Fotolar

kanatda-nasazliq-oldu-saatlarla-havada-qaldilar
Oxunma sayı: 4341

Livanın Cunye şəhərində kanatda yaranan nasazlıq səbəbindən 19 nəfər saatlarla havada qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Livan Mülki Müdafiə Departamentinin sosial media hesabında məlumat verilib

Açıqlamada əksəriyyəti uşaq olmaqla 19 nəfərin saatlarla havada qaldığı, xilasedicilərin səyi nəticəsində kabinədəki insanların kəndirlərə bağlanaraq 70 metrə qədər hündürlükdən yerə endirildiyi bildirilib.

Qeyd edək ki, 2019-cu ildən bəri Livanda yaşanan iqtisadi böhran səbəbindən dövlət 2021-ci ildən etibarən əhaliyə gündə cəmi 4 saat elektrik enerjisi verə bilir. Bu səbəbdən ölkə daxilində bir çox turizm müəssisələrində tez-tez nasazlıqlar və elektrik enerjisinin kəsilməsi baş verir.