“Karantinin bitməsini gözləyirik ki, Azərbaycana gələk”

karantinin-bitmesini-gozleyirik-ki-azerbaycana-gelek
Oxunma sayı: 3518

“Bizim ailəmiz dəfələrlə Azərbaycanda olub və biz bu ölkəni çox sevirik”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Rusiyanın tanınmış teleaparıcısı Dmitri Dibrov “Moskva-Baku” nəşrinə müsahibəsində deyib.

“Azərbaycan mətbəxi ayrıca incəsənət növüdür. Biz qutabı, plovu və manqal salatını çox sevirik. Polina (həyat yoldaşı - red.) evdə manqal salatını çox yaxşı hazırlayır! Çox gözləyirik ki, karantin bitsin, bütün ailəmizlə, uşaqlarla bərabər Bakıya gəlib Azərbaycan mətbəxindən zövq alaq!”, - teleaparıcı qeyd edib. 

Nəşrin “Bakıya gəldikdə hansı yerlərə gedəcəksiniz?” sualına isə Dibrov belə cavab verib:

“Əlbəttə ki, Bakı restoranlarına (gülür-red.). İçərişəhərdə, sahildə gəzəcəyik və məmnuniyyətlə möhtəşəm Heydər Əliyev Mərkəzini ziyarət edəcəyik. Bakı – inanılmaz, xüsusi şəhərdir. Mən hər dəfə ora gələndə xeyirxah münasibət və inanılmaz qonaqpərvərlik hiss edirəm, elə bil evdəyəm”.