Karapetyanın ev dustaqlığı daha 2 ay artırıldı

karapetyanin-ev-dustaqligi-daha-2-ay-artirildi
Oxunma sayı: 201

Ermənistanın müxalif “Güclü Ermənistan” partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddəti daha 2 ay uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “News.am “məlumat yayıb.

Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun sahibi olan Samvel Karapetyan 2025-ci ilin iyunundan bəri həbsdədir. O, konstitusiya quruluşunu devirməyə çağırış və iqtisadi cinayətlərdə ittiham olunur.