Kasilyas etiraf etdi

kasilyas-etiraf-etdi
Oxunma sayı: 1029


“Qafqazinfo” xəbər verir ki, Kasilyas Joze Mourinyonun baş məşqçi olduğu vaxtda komandada hamı tərəfindən təzyiqə məruz qaldığını bildirib: “Hamı məni birdəfəlik silmək istəyirdi. Mənə qorxulu vəba virusu kimi baxırdılar. Bu ölkədə yaxşı şeylər olduğu kimi təəssüflər olsun ki, pis şeylər də var. Onlardan biri də qısqanclıqdır. Bir neçə ay bundan qabaq komandada hər şey bərbad idi və bunun da günahkarı kimi mən göstərilirdim. Mənə xain və xəbəçi kimi baxırdılar. Bütün bunlarda da Mourinyonun əməyi var idi. Çətin vaxtlarım idi və “Real”ı tərk etmək istəyirdim”


İqbal