Beyləqanda daha bir küçədə asfaltlanma işləri yekunlaşdı - Fotolar

beyleqanda-daha-bir-kucede-asfaltlanma-isleri-yekunlasdi
Oxunma sayı: 1254

Ölkə rəhbərliyinin regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Beyləqan rayonunda abadlıq-quruculuq və infrastruktur layihələrinin icrası sistemli şəkildə davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, şəhər infrastrukturunun müasirləşdirilməsi, nəqliyyatın hərəkətinin təhlükəsizliyinin və vətəndaşların rahatlığının təmin olunması məqsədilə Məhəmməd Xiyabani küçəsində asfalt örtüyünün yenilənməsi işləri yüksək keyfiyyətlə icra edilib.

Görülən işlər sayəsində küçədə nəqliyyatın hərəkəti asanlaşıb, sakinlərin gündəlik gediş-gəlişi üçün müasir şərait yaradılıb.