Evliliyinin bitməsinə “Kızılcık Şerbeti”nin aktrisası səbəb olub?

evliliyinin-bitmesine-kizilcik-serbetinin-aktrisasi-sebeb-olub
Oxunma sayı: 568

Survivor yarışması ilə tanınan Sahra Işık keçmiş həyat yoldaşı İdris Aybirdi barədə diqqətçəkən iddialar səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşıb.

Məlumata görə, Sahra Işık sosial şəbəkədə paylaşdığı açıqlamada evlilik dönəmində psixoloji təzyiqə məruz qaldığını, təhdid edildiyini və xəyanətə uğradığını iddia edib.

O həmçinin bildirib ki, keçmiş həyat yoldaşı boşanmadan əvvəl özünün də tanıdığı, hətta eyni masada əyləşdiyi bir qadınla münasibətdə olduğunu sonradan öyrənib.

Onun sözlərinə görə, bu qadın “Kızılcık Şerbeti” serialında rol alan aktrisalardan biridir.

Qeyd edək ki, cütlük ötən ay boşanmışdı.