“Qarabağ”ın futbolçusu Marko Yankoviç klubdan ayrılır.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu Super Liqaya vəsiqə qazanmış “Çorum” FK ilə danışıqlara başlayıb.
Hələ ki bununla bağlı tərəflər rəsmi açıqlama verməyib.
O, “Qarabağ”da ötən mövsüm 44 matça çıxıb və 5 qol, 4 assistlə yadda qalıb.
Qeyd edək ki, Monteneqro millisinin üzvü olan M.Yankoviç 2022-ci ilin yayında İsrailin “Hapoel” (Təl-Əviv) klubundan “Qarabağ”a transfer olmuşdu.
Xatırladaq ki, “Çorum”da “Qarabağ”ın sabiq bosniyalı qapıçısı İbrahim Şehiç də çıxış edir.
***
Əldə etdiyimiz məlumata görə, futbolçu komandada qalacaq.
Belə ki, o, komanda ilə birgə Avstriyadakı təlim-məşq toplanışına yollanıb.
Son xəbərlər
Son Xəbərlər