Oğurluqla məşğul olan motosikletçi tutuldu - Video

ogurluqla-mesgul-olan-motosikletci-tutuldu
Oxunma sayı: 818

Suraxanı RPİ-nin 32-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə silsilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Təbriz Ağalarov müəyyən olunaraq saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, onun rayon ərazisində müxtəlif vaxtlarda avtomobillərin şüşələrini sındıraraq salonlarından pul və digər qiymətli əşyalar oğurlaması müəyyən edilib.

T.Ağalarovun həmçin moped, bir evdən isə elektrik naqilləri, işıqlandırma avadanlıqları və təmir alətləri oğurladığı məlum olub.

Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.