Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub.
“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant Seyidəhməd Nurayev tutduğu vəzifədən azad edilib.
Digər Əmrlə Seyidəhməd Nurayev Bakı alayının komandiri təyin olunub.
Qeyd edək ki, S.Nurayev bundan əvvəl də Bakı alayında xidmət edib.
Son xəbərlər
Son Xəbərlər