Pezeşkian Pakistana gedir

pezeskian-pakistana-gedir
Oxunma sayı: 611

İran Prezidenti Məsud Pezeşkian sabah Pakistana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi Prezident ofisinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Həbib Abbasiyə istinadən məlumat yayıb.

“Səfər sabah baş tutacaq və ehtimal ki, birgünlük olacaq. Səfərin səbəblərindən biri İran və ABŞ arasında danışıqlarda vasitəçilik səylərinə görə Pakistana minnətdarlıq ifadə etməkdir”, - o bildirib.

Məlumata görə, səfər zamanı həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunacaq.