Kəlbəcərdə yaralanan rejissor danışdı

kelbecerde-yaralanan-rejissor-danisdi
Oxunma sayı: 7967

Kəlbəcər rayonunda minaya düşərək xəsarət almış şəxslərdən biri- AzTV-nin rejissoru Emin Məmmədov səhhəti barədə açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət Televiziyasının efirinə bağlanan E. Məmmədov vəziyyətinin stabil olduğunu vurğulayıb: “Səhər tezdən bizi hospitala yerləşdiriblər. Həkimlər məni müayinə edib. Hazırda vəziyyətim normaldır. Digər yaralanan şəxslərdən biri də icra nümayəndəsidir. O reanimasiya şöbəsinə yatırılıb. Hazırda vəziyyəti ağırdır”. 

Qeyd edək ki, bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək həlak olublar. Hadisə nəticəsində isə 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.