Kim daha yaxşı oxuyub? – - "Neyləmişəm"

kim-daha-yaxsi-oxuyub-
Oxunma sayı: 5490


“Qafqazinfo”nun məlumatına görə, bu dəfə qalmaqal yaradan tərəflərdən biri gözlənildiyi kimi primadonna İlhamə Quliyevadır. Quliyeva yenidən xalq artisti Brilliant Dadaşova ilə üz-üzə gəlib. Onun sözügedən mahnını oxumasını sərt tənqid edib. Bildirib ki, Avropadan gəldikdən sonra hər şeyi alt-üst edəcək və Fikrət Əmirovun oğlu Cəmil Əmirovun cavabını verəcək. Çünki “Neyləmişəm” mahnısı onun səsi üçün yazılıb və başqa müğənnilər Quliyevanın icazəsi olmadan bəstəni oxuya bilməzlər. 

Fikrət Əmirovun oğlu isə mahnının oxunmasına icazəni xalq artistinin deyil, özünün verdiyini qeyd edib. “Qafqazinfo” həm İlhamə Quliyevanın, həm Brilliant Dadaşovanın, həm də Ahmet Kayanın ifalarını təqdim edir. Maraqlıdır ki, bəstəni bu sənətkarlardan hansı təqdirəlayiq oxuyub?..