“Kinderland”in açılışı oldu - Fotolar

kinderlandin-acilisi-oldu
Oxunma sayı: 3879

Uzun zamandır gözlənilən uşaq əyləncə mərkəzi olan “Kinderland”in açılışı nəhayət ki, baş tutdu. Bakı şəhərinin kiçik versiyasını xatırladan və ərazisi 5000 m² olan “Kinderland” uşaq əyləncə mərkəzi qapılarını uşaqlar üçün açdı.

Konfransla başlayan təqdimat Şirkətlər Qrupunun direktoru – “Pasha Holding”in rəhbəri Elnur Əmikişiyevin, direktor Ahmet Haytaoğlunun, Marketinq, Sponsorluq və Satış Departamentinin direktoru Mehriban Nəzərovanın və Fəaliyyət Sahələri Üzrə böyük menecer Elman Musayevin iştirakı ilə keçirilib.

Azərbaycanda əyləncə və təhsili özündə birləşdirən ilk uşaq əyləncə mərkəzi küçələri, mağazaları, nəqliyyat sistemi və xüsusi valyutası olan “Kindi” ilə real şəhərdən fərqlənmir.

“Kinderland” şəhərində 4-14 yaş arası uşaqlar üçün 54 fəaliyyət ərazisində 60-dan çox peşə fəaliyyəti, 2-4 yaşlı uşaqlar üçün isə xüsusi oyun ərazisi mövcuddur.

Burada uşaqlar oyun fəaliyyətləri vasitəsilə müxtəlif peşələr haqqında maraqlı məlumatlar əldə edərək özlərini gerçək həyatdakı kimi bir peşə sahibi olaraq sınaya biləcəklər.

Şəhərcikdə mövcud olan peşələr 36 tərəfdaşımızın fəaliyyət sahələrinə uyğunlaşdırılıb.

Burada uşaqlara hər zaman dəstək olan, onlara müxtəlif fəaliyyətlərə cəlb edən eduteynerlər xidmət göstərir. Eduteynerlər ali təhsil müəssisələrinin məzunları, xüsusi təlimlərdən uğurla keçən sertifikatlı peşəkar mütəxəssislərdir. Həmçinin “Kinderland”də Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş rəsmi illik ümumtəhsil məktəblərinin tədris planı əsasında “Kinderland”dəki fəaliyyətləri icra etmək üçün geniş təhsil məzmunu hazırlanıb Bu proqram müəllimlərə tədris prosesini asanlaşdırmaq, yeni təhsil yanaşmalarını inkişaf etdirmək və uşağın yeni bilik əldə etmək, marağını artırmaq üçün ideal vasitədir.

“Kinderland” Uşaq Əyləncə Mərkəzinin idarə olunməsı “Caspian Entertainment Company” şirkətinə məxsusdur. Şirkət ölkəmizdə məşhur əyləncə və tədris məkanlarına sahiblik edir. Bunların sırasına “Amburan Kids”, “Kinderland Shuvelan Mini”, “Karting”, “Bumblebee Play / Preschool və Bumblebee Montessori”, “Slide” kimi layihələri aid etmək olar.

Ünvan – Neftçilər prospekti 26A, Deniz Mall ticarət mərkəzi (5 -ci mərtəbə).

Kinderland əyləncə mərkəzi haqqında ətraflı məlumatları qeyd olunan əlaqə nömrələrinə zəng edərək əldə edə bilərsiniz: (+994 12) 525 44 04, (+994 12) 525 44 14.

Rəsmi veb sayt - https://kinderland.az/ , e -poçt ünvanı - [email protected] 

Sosial şəbəkələrInstagram, Facebook; Youtube