Kiyev meri Vitali Kliçko Rusiyanın hücumları fonunda şəhər sakinlərinə imkan daxilində Ukrayna paytaxtını müvəqqəti tərk etməyi məsləhət görüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “France-Presse” informasiya agentliyinə müsahibəsində bildirib.
Kliçko şəhərin “sağ qalma rejiminə” keçdiyini bildirərək, imkanı olan sakinlərə Rusiyanın kritik infrastruktur obyektlərinə endirdiyi zərbələrin yaratdığı genişmiqyaslı böhran təhlükəsi səbəbindən Kiyevi müvəqqəti tərk etməyi məsləhət görüb:
“Biz nə qədər yaxşı hazırlaşsaq da, əgər hava hücumundan müdafiə sistemi işləməsə, acınacaqlı vəziyyətə qala bilərik”.
Bununla yanaşı, Kliçko tam təxliyədən söhbət gedə bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu, Rusiyanın Ukraynanın boşalmış şəhərlərini ələ keçirməsi üçün ən yaxşı ssenari ola bilər.
Son xəbərlər
Son Xəbərlər