Kobaxidze Bakıya gəlir

kobaxidze-bakiya-gelir
Oxunma sayı: 2829

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu həftə Azərbaycana rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Məlumata görə, Kobaxidze Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında münasibətlərin müzakirə ediləcəyi gözlənilir.