Kobaxidzenin baş nazir postuna namizədliyi təsdiqləndi - Yenilənib

kobaxidzenin-bas-nazir-postuna-namizedliyi-tesdiqlendi
Oxunma sayı: 2901

Bu gün Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyası öz qurultayında ölkənin baş naziri postuna namizədi irəli sürəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. 

Həmçinin qurultayda bir neçə gün əvvəl Baş nazir vəzifəsindən istefa verən İrakli Qaribaşvilinin partiyanın yeni sədri seçiləcəyi gözlənilir. 

Hakim partiya baş nazir postuna “Gürcü arzusu – demokratik Gürcüstan”ın hazırkı sədri İrakli Kobaxidzenin namizədliyinin irəli sürüləcəyi barədə yayılan məlumatları təkzib etmir. 

Xatırladaq ki, sözügedən dəyişikliklər barədə məlumatı ilk olaraq Gürcüstanın “İmedi” telekanalı yaymışdı.

***

Hakim partiyanın qurultayı zamanı İrakli Kobaxidzenin baş nazir vəzifəsinə namizədliyi təsdiqlənib. 

Gürcüstan qanunvericiliyinə əsasən, hakim partiya baş nazir vəzifəsinə yeni namizəd irəli sürdükdə həmin şəxs Nazirlər Kabinetini formalaşdırır və təsdiq olunması üçün parlamentə göndərir. Yeni baş nazir və gələcək hökumət üzvləri 150 deputatdan azı 76-sının dəstəyini qazanmalıdır. Kobaxidzenin sabah parlamentə hökumət proqramını və Nazirlər Kabinetinin yeni tərkibini təqdim etməsi gözlənilir.