Qaribaşvili istefa verdi

qaribasvili-istefa-verdi
Oxunma sayı: 9386

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Qaribaşvili bu barədə məlumatı keçirdiyi xüsusi brifinqdə açıqlayıb.

Gələcək planlarından danışan Qaribaşvili bildirib ki, ölkənin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri vəzifəsini icra etmək barədə təklifi qəbul edib. 

Xatırladaq ki, “İmedi” telekanalı “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin namizədliyinin Baş nazir postuna irəli sürüləcəyi barədə məlumat yaymışdı. Bildirilirdi ki, İ.Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.

Onu da qeyd edək ki, Qaribaşvili Baş nazir vəzifəsini iki dəfə - 2013-2015 və 2021-2024-cü illərdə icra edib. Kobaxidze isə 2021-ci ilin yanvarından hakim partiyanın sədridir.