Koronavirusa “yoluxan” İtaliyadan - Fotolar

koronavirusa-yoluxan-italiyadan-fotolar
Oxunma sayı: 6859

Xəbər verdiyimiz kimi, İtaliyada da koronavirus yayılmaqda davam edir. Fevralın 26-na olan məlumata görə, ölkədə 322 yoluxma faktı qeydə alınıb, ölənlərin sayı 10-a çatıb.

Fevralın 23-dən koronavirusun daha çox yayıldığı Lombardiyada bütün kütləvi tədbirlər təxirə salınıb, məktəblər və ictimai yerlər bağlanıb. Analoji tədbirlər Veneto, Emiliya-Romanya və Fruili-Venesiya-Culia əyalətlərində də tətbiq olunub. Bundan əlavə, bütün idman tədbirlərinin vaxtı dəyişdirilib, Venesiyada karnaval dayandırılıb, Milanda Moda həftəsinin bir neçə tədbiri təxirə salınıb.

“Qafqazinfo” koronavirusa “yoluxan” İtaliyadan fotoları təqdim edir:

Küçə ticarətçisi Milanda mərkəzi dəmiryol vağzalının yaxınlığında tibbi maskalar satır.

Maska və qoruyucu kostyumda olan turistlər Venesiya karnavalında.

Turistlər Venesiyada.

Venesiya karnavalının iştirakçısı.

Milana Moda həftəsi çərçivəsində kolleksiyasının nümayişi üçün gələn dizayner C.Armani.

Milanın San-Siro stadionu. Matçlar koronavirus səbəbindən təxirə salınıb.

Milanda üst geyiminin arxa hissəsinə “Çindən deyiləm” sözlərini yapışdıran tayvanlı turist.

Pyoltelloda supermaketdə boş rəflər.

Koronavirus səbəbindən karantinə alınan şəhərlərin birində yerləşən bağlı San-Fyorano kafesi.

San-Fyoranoda boş küçələr.

Milanda Duomo kafedralı yaxınlığında duran maskalı hərbçilər.