Koronavirusdan ölənlərin sayı durmadan artır

Koronavirusdan ölənlərin sayı durmadan artır
Oxunma sayı: 3205

Çinin Hubey əyalətində son sutka ərzində 630 nəfər koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bununla da virusa yoluxanların ümumi sayı 64 084 nəfərə çatıb.

Əyalətin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin yaydığı xəbərə görə, bölgədə son sutkada koronavirusdan 96 nəfər ölüb, 1742 nəfər sağalıb və xəstəxanalardan buraxılıb. Yerli xəstəxanalarda 40 127 nəfər müalicə olunur, onlardan 8 853 nəfərin vəziyyəti kritik, 1845 nəfərin vəziyyəti isə ağırdır.

Hubey əyalətində bütün dövr ərzində yeni növ koronavirusdan ölənlərin sayı 2 346, xəstəlikdən sağalanların sayı isə 15 299 nəfər təşkil edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi