Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi

kreml-sulhmeramlilarin-azerbaycani-terk-etmesini-tesdiqledi
Oxunma sayı: 8239

Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməyə başladığını təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb. 

“Bəli, bu, həqiqətən də belədir”, - deyə Peskov brifinqdə qeyd edib.

Xatırladaq ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi barədə sosial şəbəkələrdə görüntülər yayılmışdı.