Kremldən yeni səfərbərlik iddialarına - Münasibət

kremlden-yeni-seferberlik-iddialarina
Oxunma sayı: 492

Kremlin rəsmi sözçüsü Dmitri Peskov Rusiyada yeni səfərbərlik gözlənilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, D.Peskov sözügedən məlumatları təkzib edib. 

O, həmin məlumatların Ukrayna tərəfindən yayıldığını və həqiqəti əks etdirmədiyini söyləyib. 

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev də ölkədə yeni səfərbərliyə hazırlıq getməsi iddialarının yalan olduğunu deyib.