İrəvanın mərkəzi küçələrindən birinin altından keçən elektrik kabeli həddindən artıq yüklənmə səbəbindən partlayıb.
“Qafqazinfo” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin müvəqqəti idarəçisi Romanos Petrosyan sosial şəbəkə hesabında məlumat verib.
R. Petrosyan bildirib ki, isti hava şəraiti ilə əlaqədar bu mövsümdə elektrik enerjisinə olan tələbat və yüklənmə kəskin artır, bu da paylayıcı şəbəkədəki hava xətlərində və kabellərdə qəza hallarını qaçılmaz edir. Baş verən insidentdən dərhal sonra ərazidə qəza-bərpa işlərinə başlanılıb.
Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrin Ermənistan seqmentində müzakirələrə səbəb olub.
Son xəbərlər
Son Xəbərlər