Kürdə batan 13 yaşlı Sarayın meyiti tapıldı

kurde-batan-13-yasli-sarayin-meyiti-tapildi
Oxunma sayı: 2319

Dekabrın 24-də Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində batan yeniyetmə qızın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.