Lavrov Rusiyanın ATƏT PA-dan çıxmasını istisna etmir

lavrov-rusiyanin-atet-pa-dan-cixmasini-istisna-etmir
Oxunma sayı: 1401

“Rusiyanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasından çıxması hələ müzakirə edilməyib, lakin məsələ “havada asılıdır”.

“Qafqazinfo” “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib. 

“Müttəfiqlərimiz arxamızca gələcəklərmi? Bu, artıq başqa sualdır və burada onların mövqeyini tam nəzərə almaq lazımdır”, - deyə Lavrov qeyd edib. 

Qeyd edək ki, fevralın 13-ü Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, aşağı palata və Federasiya Şurası fevralın 21-i keçiriləcək plenar iclaslarda Rusiyanın ATƏT PA-da iştirakının dayandırılması barədə qərar qəbul edəcəklər.