Leysan, dolu, qar... - Xəbərdarlıq

leysan-dolu-qar
Oxunma sayı: 24866

Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.