“Livanın cənubundakı təhlükəsizlik zonasından geri çəkilməyəcəyik”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
“İsrail ölkənin şimal bölgələrindəki sakinlərin təhlükəsizliyini təmin etmək üçün Livanın cənubundakı bufer zonada lazım olduğu müddətdə hərbi mövcudluğunu qoruyub saxlayacaq. Diplomatik proseslərin gedişindən asılı olmayaraq, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək”, – deyə o söyləyib.
Son xəbərlər
Son Xəbərlər