ABŞ ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores artıq ABŞ-yə gətirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Bildirilib ki, Maduro mühakimə olunması üçün artıq Nyu-Yorkdadır.
Məlumata görə, o, Manhetten federal məhkəməsində prosesi gözləyərkən Bruklindəki Metropoliten Detensiya Mərkəzində (MDC Brooklyn) saxlanıla bilər.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Baş prokuroru Pamela Bondi bildirmişdi ki, Nikolas Maduro və Siliya Flores Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsində qaldırılan ittihamlar üzrə mühakimə olunacaqlar.
Son xəbərlər
Son Xəbərlər