Maduronun həyat yoldaşı məhkəmə iclasına alnında sarğı ilə çıxıb

maduronun-heyat-yoldasi-mehkeme-iclasina-alninda-sargi-ile-cixib
Oxunma sayı: 2322

Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores məhkəmə iclasına alnında sarğı ilə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The New York Times” (NYT) yazır.

Jurnalistlər Floresin sağ gözünün altında da qançırın göründüyünü bildiriblər.

Qeyd edək ki, bu gün Venesuela Prezidenti Nikolas Maduronun Nyu-Yorkda narkoterrorizm ittihamları ilə ilk məhkəmə iclası keçirilib.