Alimlər Marsdan gələn 4,48 milyard illik "Qara gözəl" asteroidini yeni nəsil cihazlarla skan edərək, onun qayalarında çox miqdarda hidrogen və su komponentləri aşkar ediblər.
“Qafqazinfo” xəbər verir ki, astronomlar, adətən, asteroidləri öyrənmək üçün onları turşuda kəsməli və ya həll etməli olurdular.
Lakin Danimarka Texniki Universitetindən Estrid Naver və onun komandası “Qara gözəl” (NWA 7034) kodlu Mars asteroidinin daxili hissəsini X-ray KT və Neytron KT adlanan iki qabaqcıl texnologiyadan istifadə edərək zədələmədən görüntüləməyi bacardılar. Neytron skanlama, xüsusən də suyun əsas komponenti olan hidrogeni aşkar etməkdə inqilabi nəticələr verdi.
Təxminən 4,48 milyard illik bu asteroidin içərisində “H-Fe-ox” (hidrogenlə zəngin dəmir oksihidroksid) adlanan kiçik qaya hissəcikləri tapılıb. Nümunənin yalnız 0,4%-ni təşkil edən bu kiçik sahələrdə süxurun ümumi su tərkibinin 11%-nin olduğu aşkar edilib.
Bu kəşf sübut edir ki, Marsda əvvəllər maye su var idi. Maraqlıdır ki, “Qara gözəl”in tapıldığı bölgə Perseverance roverinin işlədiyi Jezero Kraterindən tamamilə fərqlidir. Bu, qədim Marsda suyun yalnız müəyyən bir ərazidə deyil, planetin hər yerində mövcud olduğunu göstərir.
Alimlər bu təmassız skan üsulundan gələcəkdə Marsdan Yerə gətirilməsi planlaşdırılan nümunələrdə istifadə etməyi hədəfləyirlər. Bu texnologiya sayəsində nümunələrin su və mineral tərkibi saxlanıldıqları titan qablarını açmadan belə ətraflı şəkildə görünə bilər.
Son xəbərlər
Son Xəbərlər