Masallıda şagird özünü məktəb binasından atdı

masallida-sagird-ozunu-mekteb-binasindan-atdi
Oxunma sayı: 5326

Masallıda məktəbli qız intihara cəhd edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Masallı rayon 1 saylı orta məktəbdə baş verib. Məktəbin 9-cu sinif şagirdi sinif yoldaşlarından biri ilə mübahisə edib. Daha sonra məktəbin pəncərəsindən özünü aşağı atıb.

Qız təcili xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

***

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 2008-ci il təvəllüdlü şəxs saat 13:15 radələrində Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: "Ona zəruri tibbi xidmətlər göstərilib. Müştərək travma ağrıları və yumşaq toxumaların əziyi diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti stabil qiymətləndirilir".

Amin Nəzərli