Maska medal verib tərif yağdırdı - Video

maska-medal-verib-terif-yagdirdi
Oxunma sayı: 548

ABŞ Prezidenti Donald Tramp bir vaxtlar gərgin münasibətlər yaşadığı İlon Maskı bu dəfə təriflərə qərq edib. O, milyarderi “dövrümüzün Tomas Edisonu” və “milli sərvət” adlandıraraq onunla dostluğunu da vurğulayıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu fikirləri Vaşinqtonda keçirilən “Qızıl Dövr İnnovasiya Sammiti”ndə səsləndirib.

Mərasim zamanı ABŞ Prezidenti Maskı “Milli Elm Medalı” ilə təltif edib.

Mask kosmik tədqiqatlar, ağıllı sistemlər və rabitə sahələrində mühəndislik işlərinə verdiyi töhfələrə görə mükafata layiq görülüb.

Tramp çıxışında “SpaceX”, “Starlink” və “Tesla” vasitəsilə həyata keçirilən texnoloji layihələrə diqqət çəkib.

ABŞ Prezidenti milyarderə müraciətlə onun yalnız texnologiya sahəsindəki fəaliyyətini deyil, şəxsi münasibətlərini də vurğulayıb: “Bütün bunlardan əlavə, sən mənim dostumsan. Sən çox xüsusi bir insansan”.

O, həmçinin Maskı “milli sərvət” adlandıraraq sahibkarın ABŞ-nin elmi və mühəndislik potensialına verdiyi töhfələri yüksək qiymətləndirib.

Qeyd edək ki, Tramp və Maskın münasibətləri 2025-ci ildə açıq fikir ayrılıqları və qarşılıqlı ittihamlar fonunda gərginləşmişdi. Hər iki tərəf ictimai çıxışlarında bir-birini tənqid etmişdi.