Sosial şəbəkələrdə Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məlumat əsassızdır.
“Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır”, - açıqlamada vurğulanıb.
Son xəbərlər
Son Xəbərlər