“McDonald's Azərbaycan” şirkətinin əməkdaşları Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı aksiya keçiriblər.
Aksiya may ayının 21-də Bakı şəhəri Səbail rayonunda təşkil edilib. “McDonald's Azərbaycan” şirkətinin 50-dən çox əməkdaşının iştirak etdiyi paytaxtın yaşıllaşdırılması aksiyasında 200-dək zeytun tingi əkilib.
Qeyd edək ki, zeytun ağacları Abşeronun iqlimi üçün ideal ağaclardan biri hesab olunur. Bu ağaclar isti havaya dözümlülüklə yanaşı, sərinlik və kölgə yaradır.
Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş ağacəkmə aksiyası Azərbaycanda karantin rejimi qaydalarına tam riayət etməklə həyata keçirilib.
“McDonald's Azərbaycan” şirkətinin əməkdaşlarının sözlərinə görə, təşəbbüskarı olduqları aksiyanın əsas məqsədi paytaxtda “Yaşıl” zonaların sayını artırmaq, ağac əkinini populyarlaşdırmaq və ətraf mühitin mühafizəsinə töhfə verməkdir. Ətraf mühitin qayğısına qalmaq və “McDonald's”ın təmsil olunduğu bütün şəhərlərin ictimai həyatında aktiv iştirak etmək şirkətin əsas amillərindən biridir.









Son xəbərlər
Son Xəbərlər