Məhkəmənin Gökhan Özenlə bağlı qərarı 1 ay daha uzadıldı

mehkemenin-gokhan-ozenle-bagli-qerari-1-ay-daha-uzadildi
Oxunma sayı: 2549

Türkiyənin sabiq dövlət naziri Mehmet Sevigenlə xanımı Gülay Sevigen eks-kürəkənləri, müğənni Gökhan Özen barədə yenidən məhkəməyə müraciət ediblər.

“Qafqazinfo” xəbər verir ki, cütlük sənətçi tərəfindən təhqir və təhdidlərə məruz qaldıqlarını bildirərək, təhlükəsizliklərinin təmin olunmasını istəmişdilər və məhkəmə müğənninin bir ay ərzində Sevigenlərə yaxınlaşmamasına qərar vermişdi.

Ailənin müraciətindən sonra bu müddət bir ay daha uzadılıb.

Qeyd edək ki, sənətçinin keçmiş xanımı Selen Sevigen İstanbul Ailə Məhkəməsinə müraciət edərək, G.Özenin iki övladına aliment ödəmədiyini bildirmiş, valideynləri kimi təhdid və təhqirlərə məruz qaldığını iddia etmişdi.