Məktəbin qarşısında aşan ağac təhlükə yaratdı - Fotolar

mektebin-qarsisinda-asan-agac-tehluke-yaratdi
Oxunma sayı: 1492

Bakının Əhmədli qəsəbəsi Neapol küçəsində yerləşən 171 nömrəli orta məktəbin yaxınlığında irigövdəli ağac kökündən qoparaq aşıb.

Bu problemlə bağlı “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, qopan ağac elektrik dirəklərinin üstünə düşüb və yaxınlıqdan keçən insanlar üçün təhlükə yaradıb.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etdik. Qurumdan dərhal əraziyə əməkdaşların cəlb olunduğu və problemin aradan qaldırıldığı bildirildi: “Diametri 45-50 sm olan sınmış ağac kəsilib. Ağacın sınan hissələri ərazidən daşınaraq ora təmizlənib”.

Gülnar Əliyeva