“Məni Lahıc bağlarında döyərək...” - Zorlanan qadın

meni-lahic-baglarinda-doyerek
Oxunma sayı: 7536

Bakıda 32 yaşlı qadın fiziki zorakılığa məruz qalıb. Bu barədə zərərçəkmiş qadın özü polisə məlumat verib.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, zorlama hadisəsi sentyabrın 4-də Maştağa qəsəbəsində Lahıc bağları massivində baş verib.

Cinsi zorakılığa məruz qalan Lətafət Məcidova (ad və soyad şərtidir) polisə müraciət edərək özündən 2 yaş kiçik olan A.Sultanovun onu Lahıc bağlarında zorladığını deyib.

Məlum olub ki, qadını zorlayan şəxs onunla qeyri-rəsmi birgə yaşayan sevgilisi olub. A.Sultanovun saxlanıldığı bildirilir.