Məşhur aparıcıdan zorakılıqla mübarizəyə 2 milyonluq ianə

meshur-aparicidan-zorakiliqla-mubarizeye-2-milyonluq-iane
Oxunma sayı: 1754

“Oryol i reşka” verilişinin aparıcısı kimi məşhurlaşan Regina Todorenko Rusiyanın “Nasiliyu.net” (“Zorakılığa yox”) qeyri-kommersiya təşkilatına ianə edib. “Qafqazinfo” bildirir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

Todorenko, həmçinin imkanı olan şəxsləri Fonda ianə etməyə çağırıb.  

Təşkilatın nümayəndələri isə Feysbukda bildiriblər ki, televiziya aparıcısı Fondun tarixində ən böyük ianəni edib - 2 milyon rubl.

Xatırladaq ki, R. Todorenkonun bu yaxınlarda məişət zorakılığı ilə bağlı işlətdiyi ifadələr birmənalı qarşılanmamışdı. O bildirmişdi ki, qadınlar ərlərinin zorakılığının səbəbi barədə düşünməlidirlər. “Bəs səni döyməməsi üçün nə etmisən?” sözlərini işlədən Todorenko buna görə cəmiyyət tərəfindən sərt tənqidlərə məruz qalmışdı. Bundan sonra “Procter & Gamble” şirkətinə məxsus olan “Pampers” markası Regina Todorenko ilə əməkdaşlığına son qoymuşdu. Eyni zamanda “Glamour” jurnalının redaksiyası da Todorenkonu “İlin qadını” titulundan məhrum etmişdi.

Qeyd edək ki, “Nasiliyu.net” məişət zorakılığı, qadın və uşaqlara qarşı zorakılıq problemləri ilə, həmçinin gender bərabərliyi məsələləri ilə məşğul olan qeyri-kommersiya təşkilatıdır.

Regina Todorenko "Nasiliyu.net" təşkilatının nümayəndələri ilə