Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, hazırda bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.
“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “İnşaatçılar” və “28 May” tunelində dayanıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlamışıq.
***
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, sərnişin sıxlığı səbəbi ilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur: “Nəticədə, qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır. Beləliklə, arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur. Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər”.
Son xəbərlər
Son Xəbərlər