Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna liderinin rəsmi teleqram kanalında məlumat verilib.
Məlumata görə, Zelenski burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüşdə Qara dənizdə gəmiçilik təhlükəsizliyi və Ukraynadakı münaqişə məsələləri müzakirə olunacaq.
***
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna lideri Volodimir Zelenskini Dolmabahçe ofisində rəsmi mərasimlə qarşılayıb.
Liderlərin birgə mətbuat konfransı keçirmələri gözlənilir.
Son xəbərlər
Son Xəbərlər