"Qafqazinfo"ya daxil olan məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin “Gənc yazarlarla görüş” layihəsi çərçivəsində baş tutacaq tədbirdə, Bakı şəhər Mərkəzləşmiş Kitabxana Sistemlərinin və filiallarının nümayəndələri, tanınmış qələm adamları və media təmsilçiləri də iştirak edəcək.
Roman haqqında danışan müəllif bildirib ki, süjetdə istifadə etdiyi tipdə qətl hadisəsinin reallıqda isti izlərlə açılması cinayət tarixində görünməmiş bir hadisədi. “Adətən bu ssenari üzrə törədilən cinayətlər bədbəxt hadisə kimi qələmə verilərək arxivlərə qarışır. Cinayət sirrinin müasir tibb ekspertiza, patoloji anatomiya, kriminal laboratoriya, kimya mühəndisləri, cinayət-axtarış qrupu, profil mütəxəssisləri, DNT analizinin ekstremal və qeyri-ənənəvi situasiyalarda tətbiqinin köməkliyi açılması yeni romanda əsas mövzudu. “Sonuncu hədiyyə” və “Yataqdakı qatil” əsərlərindən tanıdığınız açılmayan qətl işləri üzrə baş müstəntiq Sato bu dəfə yenə də iş başındadı. Hadisələr təxminən 36 saat müddətində şimal rayonlarından birində dəniz sahilində cərəyan edir. Cinayət məkanı istirahət mərkəzlərindən biridi. Satonun məqsədi bədbəxt hadisə görüntüsü verilən, əslində isə planlaşdırılmış qətl olan cinayəti ifşa etməkdi. Hadisələr boks üzrə dünya çempionunun dənizdə boğulması ilə başlayır. Müəmmalı cinayət sirrinin açılmasına şahidlik etmək istəyirsinizsə, romanı mütləq oxumağınızı tövsiyə edirəm.”
Son xəbərlər
Son Xəbərlər