Milli Şuradan getdi- - Şok açıqlamalar verdi

milli-suradan-getdi-
Oxunma sayı: 2079


“Qafqazinfo” xəbər verir ki, Lent.az-a açıqlamasında Milli Şuranın üzvü, “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev ad çəkməsə də Müsafat və AXCP-sının ünvanına söylədiyi aydın olan şok açıqlamalar verib. Onun sözlərinə görə, bu istefa ilə Milli Şuranın kəlimeyi-şəhadəti oxundu və artıq orada təmsil olunmaq öz mənasını itirdi: “Mən özümün orada təmsilçiliyimin nədən ibarət olduğunu aydınlaşdıra bilməmişəm. Növbəti sessiyada bu məsələni də qaldıracam. ”

E.Quliyev bəyan edib ki, böyük ehtimalla MŞ-in növbəti sessiyasında bu qurumdan istefa verəcəyini açıqlayacaq: “Mən indiki şəraitdə bu cür siyasi qurumda olmaqdan xəcalət hissi keçirirəm. Sizin vasitənizlə Milli Şuranın sədri Cəmil Həsənlidən bu məsələyə diplomatik yox, səmimi münasibət gözləyirəm”.