Mingəçevirdə 5 şagirddə “Hepatit A” aşkarlandı

mingecevirde-5-sagirdde-hepatit-a-askarlandi
Oxunma sayı: 2360

Mingəçevirdə 5 şagird "Hepatit A" virusuna yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi nümayəndəsi Rüstəm Aslanov bildirib.

"Şagirdlərdən biri Mingəçevir Şəhəri 8 saylı tam orta məktəbin, iki nəfər Ruslan Muradov adına texniki-humanitar liseyin şagirdləridir. Digər iki şagird isə məcburi köçkün məktəbində təhsil alırlar".

Rüstəm Muradov uşaqların artıq Bakıya göndərildyini qeyd edib:

"Hepatit A" sarılıq sayılır. Uşaqlar, artıq Bakıya göndərilib. Mütəmadi olaraq uşaqların vəziyyətilə maraqlanacağıq. Hələlik bu qədər məlumatımız var".

Qeyd edək ki, "Hepatit A" (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçir.  Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da "Hepatit A" virusuna yoluxma riski daha çoxdur. "Hepatit A" xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.

***

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, son bir həftə ərzində 5 nəfər (4-ü oğlan, 1-i qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib:

“Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Müraciət edən şəxslərdən 1-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağır qiymətləndirilib. Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub”.