Misirin Cənubi Sinay bölgəsində avtobusun qəzaya uğraması nəticəsində ən azı 22 nəfər həlak olub, 29 nəfər yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yyaıb.
Bildirilib ki, qəza Dahab-Nüveybə yolunda baş verib. Yaralılar ilkin olaraq yaxınlıqdakı tibb mərkəzinə aparılıb. Onlardan bir neçəsi daha sonra Şarm əl-Şeyx Beynəlxalq, Müqəddəs Ketrin və Əl-Feyruz xəstəxanalarına köçürülüb.
İordaniyanın Xarici İşlər Nazirliyi avtobusda bir sıra iordaniyalının olduğunu və ilkin məlumatlara əsasən, onların arasında ölən və yaralananların da olduğunu açıqlayıb.
Ammanda yerləşən “Əl-Məmlaka” ictimai yayım şirkəti isə qəza nəticəsində 10 iordaniyalının öldüyünü bildirib. Məlumata görə, avtobus Qahirədən Ammana gedərkən qəza keçirib.
Qeyd edək ki, Cənubi Sinay, xüsusilə Qırmızı dəniz sahilləri dalğıc və şnorkellə üzgüçülük üçün məşhur turizm məkanı hesab olunur.
Son xəbərlər
Son Xəbərlər