Moldova Prezidentinin iti Avstriya liderini dişlədi - Video

moldova-prezidentinin-iti-avstriya-liderini-disledi
Oxunma sayı: 2668

Moldova Prezidenti Maya Sandunun iti liderlərin Kişinyovdakı görüşündən sonra onu sığallamaq istəyən Avstriyanın rəhbəri Aleksandr Van der Belleni dişləyib.

“Qafqazinfo” TVR-Moldova telekanalına istinadən xəbər verir ki, hadisə liderlər danışıqlardan sonra prezident administrasiyasının həyətində gəzərkən baş verib.

Belə ki, Avstriya Prezidenti onu sığallamaq istəyəndə Kodruk onun əlini dişləyib.

Nəticədə Bellen Moldova parlamentinin sədri ilə görüşə əlində sarğı ilə gedib.