Moldovada prezident seçkiləri referendumla bir keçiriləcək

moldovada-prezident-seckileri-referendumla-bir-kecirilecek
Oxunma sayı: 1345

Moldova parlamenti Seçki Məcəlləsinə dəyişiklik edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Moldovanın Aİ-yə daxil olması üçün nəzərdə tutulan referendum 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə birləşdiriləcək.

“Referendum prezident, parlament və yerli hakimiyyət orqanlarının seçkiləri ilə eyni vaxtda keçirilə bilər. Müvafiq dəyişikliklər bu gün keçirilən plenar iclasda təsdiq edilib”, - deyə qeyd olunub.

Xatırladaq ki, hazırda Moldovanın Prezidenti Maya Sandudur. O, 2020-ci ilin dekabrında seçkilərdə qalib gələrək prezident seçilib.