Moskvada binalara PUA ilə hücum edildi - Yenilənib

moskvada-binalara-pua-ile-hucum-edildi
Oxunma sayı: 4035

Bu gün səhər saatlarında Moskvada bir neçə binaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Moskva şəhərinin meri Sergey Sobyanin öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, hadisə nəticəsində bəzi binalara cüzi ziyan dəyib: “İnsident zamanı ciddi xəsarət alan olmayıb. Hadisənin detalları araşdırılır”.

***

“Baza” teleqram kanalı ümumilikdə hücumda 25 PUA-nın iştirak etdiyini yazıb. Məlumata görə, onların əksəriyyəti Moskva vilayətində hava hücumundan müdafiə vasitələri ilə zərərsizləşdirilib. Bununla yanaşı, bəzi aparatlar alçaq məsafədən uçduğundan ağaclara ilişib.

Yaşayış binalarına 3 PUA-nın çırpıldığı qeyd olunur.

***

Sobyanin bildirib ki, hadisədən sonra 2 nəfər tibbi yardım üçün müraciət edib: “Buna baxmayaraq, onların xəsarətləri ciddi deyil və xəstəxanaya yerləşdirilməyə ehtiyac olmayıb”.