Moskvada “MiQ” zavodunda yanğın - Video

moskvada-miq-zavodunda-yangin
Oxunma sayı: 1828

Rusiyanın paytaxtı Moskvada “MiQ” təyyarələrinin istehsal edildiyi zavodda yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Baza” teleqram kanalı yayıb. 

Məlumata görə, yanğın zavodun binasına bitişik sexdə qeydə alınıb və binanın 2 və 3-cü mərtəbələrini əhatə edib. 

Hadisənin səbəbi hələ ki məlum deyil. Yanğının lokallaşdırıldığı bildirilir.